Ru
11:15 / 12 Mart 2024

Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı RƏSMİ AÇIQLAMA

5675
Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı yayılan məsələ aidiyyəti qurumların nəzarətindədir.

Bakupost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır: "Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir".

Agentlik hazırda tədris prosesinin ənənəvi qaydada davam etdiyini vurğulayıb: "Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq".
Şərhlər
  • Yetmalı

    Basın gopa..,görək axırınız hara gedəcək

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər