Ru
15:57 / 24 Noyabr 2026

Məleykə Abbaszadədən böyük kadr dəyişikliyi: Nə olacaq?

Məleykə Abbaszadədən böyük kadr dəyişikliyi: Nə olacaq?
Eye

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin vəzifəsinin icrasına başlamasından sonra universitetdə mümkün kadr və struktur dəyişiklikləri, eləcə də yeni rəhbərliyin atacağı ilk addımlar maraq doğurur.


“Bakupost” xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Məleykə Abbaszadə bir neçə gün əvvəl vəzifəsinin icrasına başladığı və hazırda universitetin fəaliyyəti ilə tanış olduğu bildirilib.

“Hazırda rektor universitetin fəaliyyəti ilə tanış olur. Rektorun fəaliyyəti və qəbul etdiyi qərarlar barədə məlumatlar BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi tərəfindən universitetin rəsmi kanallarında yayımlanır”, – deyə universitetdən əlavə edilib.

Qeyd edək ki, Məleykə Abbaszadənin rektor təyin olunmasından sonra BDU-da mümkün kadr dəyişiklikləri ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bir neçə gün əvvəl bəzi KİV-lərdə onun rektor köməkçisi Nərmin Heydərlinin vəzifəsindən azad edilməsi barədə xəbərlər dərc olunub. Lakin universitet bu məlumatları təkzib edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar