Ru
15:14 / 05 Noyabr 2025

“Mən Ramiz Mehdiyevə villa bağışlamamışam” – Heydərov danışdı

“Mən Ramiz Mehdiyevə villa bağışlamamışam” – Heydərov danışdı
Eye

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.

Bakupost.az xəbər verir ki, bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır.

Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.

Kəmaləddin Heydərov isə bu iddianı “bikar adamlar”ın yaydığını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar