Ru
19:16 / 09 Mart 2023

Məsciddə Hacı Şahini əvəz edəcək şəxs bilindi

3999
Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq.

Bakupost.az xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin feysbuk səhifəsində məlumat paylaşılıb.

Qafqazinfo-nun məlumatına görə, adıçəkilən ilahiyyatçı Hacı Şahinin tələbəsi olub. O, Haci Şahinin sağlığında da bir neçə dəfə bu səlahiyyəti icra edib. Belə ki, Hacı Şahin səfərlərdə olan vaxt onu Elbrus Kərimov əvəz edib.

Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. O, martın 2-də evində qəfil dünyasını dəyişib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər