Ru
21:34 / 07 Sentyabr 2026

Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi - FOTO

Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi  - FOTO
Eye

Aktyor, televiziya aparıcısı, Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.


"Bakupost" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib.

Məsələ ilə bağlı Ölkə.az AYNA-ya sorğu göndərib. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, aidiyyəti üzrə müraciət edilməlidir:

“Cərimə bizə aid deyil”.



Şərhlər
  • Namiq Zülfüqarov

    Düz saxla cərimələməsinlər. Maşını necə gəldi saxlayanda bilmirsə cərimələyəcəklər.

  • Zaman

    AYNA əməkdaşları, DYP REYD...

  • Abu

    Allah köməyi olsun. Ma şəə Allah ən gözəl əməli ibadəti yerinə yetirib. Digərləri kimi bütün, insanın ki, qarşısında əyilməyib. Yalnız Allahın qarşısında əyilib. Əlhəmdulillah

  • Rvan Njmddinov

    Məksədiniz nədir çox yaxşı bikirik. Rəsmin açıqlamasını elə yazmısız ki sanki Sırf Məscidə getdiyi üçün cərmələnib oxuyandan sonra bilinir ki maşını cərmələnib. Allah İslamı gözdən salmağa cəht göstərən hərbi şəxsin min bəlasını versin

  • Tahir Aliyev

    Ümumiyyətlə bizim həyatımızın özü əvvəldən axıra kimi cərimələrdən ibarətdir.Axı biz dözümlü xalqıq????

  • Süleymanova Bahar

    Aktyorların əmək haqqı azdı.Hardasa gedib işləyirsə ailəsini saxlamaq üçündür. Bizim millətin nümayəndəsidir bu cür yazmağınız düz deyil.

  • Bir nəfər

    Başlıq elə yazılıb ki, sanki bizim ölkədə dini inancına görə insanlar cərimə olunur. Cərimə səbəbi yol hərəkəti qaydalarının tərkib hissəsi olan dayanma və durma qaydalarının pozulması ilə əlaqədardır. Oxucunu yalnış yönəlməyin, Baku Post.

  • Nəbi Cəfərov

    Lap yaxşı olub. Əkbər hər gün Lido restoranında oxuyub ətrafda yaşayan bütün sakinlərin baş beynini xarab edir, camaatı yatmağa qoymur, sonra da haqq-ədalətdən danışır, məscidə gedir. Bu qədər camaatın haqqına girirsən, utan, danışma

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar