Ru
21:19 / 25 İyun 2025

Məşhur aktrisa iki illik evliliyini bitirir

Məşhur aktrisa iki illik evliliyini bitirir
Eye

Məşhur türkiyəli aktrisa Ezgi Mola əri Mustafa Aksakallıdan boşanmaq qərarına gəldiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında paylaşım edib:

“İki illik evliliyimizi bitirməyə qərar verdik. Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi Candır. Onunla ən gözəl şeyləri yaşamaq üçün əlimizdən gələni edəcəyik. Prosesin davamında dostluğumuza zərər vermədən, incitmədən, qırmadan bir-birimizin yanında olacağıq. Bizdən eşitmədiyiniz heç bir şeyə inanmayın”.

Qeyd edək ki, Ezgi iş adamı Mustafa Aksakallı ilə 4 illik münasibətdən sonra 2023-cü ildə ailə qurmuşdu. Cütlüyün ötən ilin noyabrında Can adlı körpələri dünyaya gəlmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar