Ru
13:52 / 29 Mart 2024

Məşhur aparıcılar yeni televiziyada - Adlar - VİDEO

10302
Xəbər verdiyimiz kimi, aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq.

Bakupost.az xəbər verir ki, artıq televiziyanın aparıcı heyəti də bəlli olub. Belə ki, uzun illər müxtəlif televiziya kanallarında çalışmış bu məşhur simalar müxtəlif sosial layihələrlə DOST TV-nin efirində izləyiciləri ilə görüşəcəklər:

Şahin Əliyev – “Lider” və “ARB” kanallarında;
Rəşad Mehdili – AZTV-də;
Murad Haşımov – “AZTV”, “ARB” telekanallarında, “Araz FM” radiosunda;
Sərvər Abdullayev – “ARB”, “Xəzər” və “İTV” telekanallarında;
Rüstəm İbadov – Xəzər TV-də;
Fidan Cəfərova – “Xəzər”, “Lider”, “ANS” və “ATV” telekanallarında, “106” və “106.3” FM radiolarında;
Gülnar Əzizova – “CBC” telekanalında və AVTO FM-də;
Fərqanə Səfər – Space TV-də;
Əsmər Nəcməddinqızı – “ATV” və “ARB” 24 kanallarında çalışıblar.

Qeyd edək ki, adıçəkilən şəxslər, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ayrı-ayrı qurumların ictimaiyyətlə əlaqələr sahəsində çalışırlar.






Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər