Ru
09:36 / 05 May 2025

Məşhur güləşçimiz dopinqə görə idmandan UZAQLAŞDIRILDI

Məşhur güləşçimiz dopinqə görə idmandan UZAQLAŞDIRILDI
Eye

Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.

Bakupost.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, buna idmançının analizində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində "S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium" aşkarlanıb.

M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar