Ru
20:28 / 21 Dekabr 2022

Messinin şəkli Argentina əskinaslarında yer ala bilər - FOTO

10626
Argentina millisinin hücumçusu Lionel Messinin şəkli DÇ-2022-nin qalibi olmalarından sonra Argentina əskinaslarında yerləşdirilə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə El Financiero məlumat yayıb.

Bildirilib ki, Argentina Milli Bankının rəsmiləri Argentina yığmasının Qətərdə keçirilən dünya çempionatında qazandığı tarixi nailiyyəti xatırlamaq yollarını nəzərdən keçirir.

Ehtimal edilir ki, Messinin şəkli min peso əskinasın üzərində çap olunacaq. Bu, əskinasın nominalının Argentina millisinin kapitanının oyun nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə milli komandanın baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısı yerləşdirilə bilər.

Qeyd edək ki,Lionel Messi Qətərdə keçirilən turnirdə 7 oyunda 7 qol vurub və 3 qolun ötürməsini verib. O, turnirin ən yaxşı oyunçusu seçilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər