Bakının Biləcəri qəsəbəsində, “Avtovağzal” metro stansiyasının yaxınlığında yerləşən Kristalın Biləcəri Yaşayış Kompleksində mənzil seçimləri məhdudlaşır. Hazırda layihədə 50,16 kv.m sahəli 2 otaqlı studiyalardan 109,34 kv.m sahəli 4 otaqlı mənzillərə qədər seçimlər satışdadır.
Kompleksdə həm daha kompakt yaşayış sahəsi axtaranlar, həm də geniş ailələr üçün müxtəlif mənzil variantları mövcuddur. Satışda olan 2 otaqlı studiyaların sahəsi 50,16–56,09 kv.m, 3 otaqlı studiyaların sahəsi 75,16–77,64 kv.m, 3 otaqlı mənzillərin sahəsi isə 87,60–105,35 kv.m arasında dəyişir. Daha geniş mənzil axtaranlar üçün 109,34 kv.m sahəli 4 otaqlı mənzillər də təklif olunur.

Tikinti mərhələsində olan mənzilləri 27 100 AZN-dən başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka vasitəsilə əldə etmək mümkündür.
Alıcılar həmçinin illik 8%-dən başlayan faiz dərəcəsi ilə güzəştli kredit və Kristalın “Evini hissə-hissə al” modelindən də yararlana bilərlər. Hissəli alış modeli mənzilin sahəsini faiz və aylıq ödəniş öhdəliyi olmadan mərhələli şəkildə əldə etməyə imkan verir.

Biləcəri Yaşayış Kompleksinin əsas üstünlüklərindən biri “Avtovağzal” metro stansiyasına və şəhərin əsas nəqliyyat yollarına yaxın yerləşməsidir.

Kompleksdə bütün mənzillər tanınmış Avropa brendlərinin məhsullarından istifadə edilməklə tam təmirli təhvil veriləcək. Bu isə gələcək mənzil sahiblərinə əlavə təmir işlərinə vaxt və vəsait sərf etmədən yeni evlərinə köçmək imkanı yaradacaq.
Layihədə geniş yaşıllıq və istirahət zonaları, piyada və velosiped yolları, uşaq oyun meydançaları, idman sahələri, yeraltı avtomobil dayanacağı, ticarət və xidmət obyektləri, eləcə də 24/7 mühafizə sistemi nəzərdə tutulub.

Biləcəri Yaşayış Kompleksində satışda qalan mənzillərin sayı məhduddur. Mövcud mənzil seçimləri, qiymətlər və ödəniş şərtləri haqqında ətraflı məlumat almaq üçün Kristalın satış ofisinə müraciət etmək və ya *1544 qısa nömrəsinə zəng etmək mümkündür.
Ətraflı: *1544
Ünvan: Biləcəri qəsəbəsi, X. Natəvan küçəsi 52C