Yeni Yasamalda yerləşən çoxmərtəbəli binada yanğının meydana gəlməsinə baş kombinin partlaması səbəb olub.
Bu barədə Bakupost.az-a bina sakini məlumat verib.
"Su olmaya-olmaya kombi işləyib, deyə, baş kombi partlayıb və yanğın baş verib", - o bildirib.
***
23:34
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bakupost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat verib.
Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
23:29
Yeni Yasamalda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) binalarından birində yanğın baş verib.
Bu barədə Bakupost.az-a sakinlərdən biri məlumat verib.
Yanğına nəyin səbəb olduğu hələlik bilinmir.
Aygün,
BakuPost