Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:45 / 27 May 2024

Minimum əməkhaqqı artırılacaq? - Açıqlama

6741
“İlin əvvəlində təqaüdlər 10 faizə yaxın artırıldı. Amma minimum əməkhaqqı artırılmadı. Ola bilsin ki, indi də minimum əməkhaqqının artırlması ilə bağlı qərar verilsin. Büdcəyə daxilolmalar artsa, minimum əmək haqqının artırılması mümkündür”.



Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, minimum əməkhaqqı keçən il artırılaraq 345 manat olub. Amma bu məbləğ gözləntilərə cavab vermir:

“Ortada başqa bir önəmli məsələ var. Qanunda elə bir bağlantı nəzərdə tutulub ki, əmək haqqı artırılan kimi avtomatik olaraq VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişləri də artır. Çünki bu fonda ödənişlər minimum əmək haqqına bağlıdır. İstər-istəməz minimum əməkhaqqı artan kimi onların ödənişlərinə təsir göstərir. Fikrimcə, bu bağlantı aradan qalxsa, hökumət minimum əməkhaqqının daha yüksək hədlərdə artırılması ilə bağlı qərar verə bilər”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar