Ru
19:52 / 06 İyun 2024

Moskva və Bakı Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılmasını müzakirə edir

1741
Moskva və Bakı Azərbaycanda Rusiyanın baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya bu məsələdə uğurlu olacağına ümid edir.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bildirib.

"Qeyd etmək istərdim ki, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı baxımından uyğun olardı. Hazırda azərbaycanlı dostlarla bu barədə söhbət aparırıq və ümid edirik ki, bu da uğurlu olacaq”, - nazir müavini deyib.

M.Qaluzin Rusiya-Azərbaycan münasibətlərinin bu gün əla olduğunu vurğulayıb. "Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir”, - o əlavə edib.

Xarici işlər nazirinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib. "Dünən Vladimir Vladimiroviç Putin dedi ki, rus dilinin öyrənilməsi məsələlərində Azərbaycan Prezidentinin dəstəyini hiss edir, çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir. Bu da ümumi işimizin vacib hissəsidir, onu birgə aparırıq, burada yeni imkanlar tapırıq, bu məsələləri çox fəal şəkildə müzakirə edirik” – M.Qaluzin vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər