Ru
18:03 / 08 May 2025

Moskva və Pekindən Yaponiyaya TƏLƏB

 Moskva və Pekindən Yaponiyaya TƏLƏB
Eye

Rusiya və Çin Yaponiyadan İkinci Dünya Müharibəsindən bəri Çin ərazisində qalan kimyəvi silahların məhv edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməsini istəyib.

Bakupost.az xəbər verir ki, bu barədə iki ölkə liderləri arasında danışıqların yekunları üzrə birgə bəyanatda qeyd olunub.

"Tərəflər Yaponiyanı Çin torpaqlarında kimyəvi silahların ləğvini xoş niyyətlə və mümkün qədər tez başa çatdırmağa çağırır", - sənəddə deyilir.

Birgə bəyanatda Rusiya və Çin nüvə “beşliyi”nə daxil olan ölkələrin (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa) heç də hamısının soyuq müharibə zehniyyətindən imtina prinsiplərinə əməl etmədiyini bildirib.

Zaur, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar