Ru
22:48 / 27 May 2024

Moskva vilayətinə dron hücumu oldu

1373
Moskva vilayətinə dron hücumu olub.

Bakupost.az APA- ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri Moskva vilayətində kiçik bir hava şarını məhv edib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov saat 21:00 radələrində Balaşixadakı Kuçino mikrorayonunda hava hücumundan müdafiə sisteminin PUA-nı vurduğunu açıqlayıb.

PUA-nın hissələri şəxsi evin üzərinə düşüb. Evdəkilər təxliyyə oluna bilib, xəsarət alan olmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər