Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:05 / 16 Oktyabr 2024

Moskvadan Paşinyanın Zəngəzur bəyanatına reaksiya

1829
Rəsmi Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Bakupost.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola nəzarətlə bağlı üçtərəfli formatda əldə olunan razılaşmaları əsas götürdüyünü söyləyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup tərəfinin bu istiqamətdə böyük iş görülüb, Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Syunik vilayətindən tranzit daxil olmaqla dəmiyolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılışadırılıb.

“Ona görə də, biz üçtərəfli razılaşmalara alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar