"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallının müalicəsi üçün ayda 14 min ABŞ dolları lazımdır.
Bakupost.az xəbər verir ki, bu barədə Əvəz Zeynallının özü paylaşım edib.
"Nəhayət dəqiqləşdi, konkretləşdi: Ayda minimum 14.000 ABŞ dolları. Özümü Allahıma, Millətimə və Dövlətimə əmanət edirəm", - deyə o bildirib.
Qeyd edək ki, Əvəz Zeynallı xeyli vaxtdır onkoloji xəstəlikdən əziyyət çəkir. O, səhhətində yaranan ciddi problemlərlə əlaqədar Ankarada müalicə olunur.
Əvəz Zeynallı 2024-cü ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilmişdi. O, bu il aprelin 25-də Nizami rayon Məhkəməsi xəstəliyi səbəbindən həbsdən azad edilib.
Aysel,
BakuPost