Ru
09:49 / 09 Yanvar 2023

Utanmadan müəlliməyə töhmət verirlər - Məktəbdəki tualet məsələsinə SƏRT REAKSİYA - VİDEO

17420

Ötən gün İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib.



Bakupost.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.


Rəsmi şəxslər, qurumlar məsələ ilə bağlı açıqlamalar veriblər.


Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir. "Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb" - deyə qeyd olunub.

Videonu yaydığına görə isə həmin müəlliməyə töhmət verilib.

Bu barədə açıqlama verən müəllimə vurğulayıb ki, şagirdlərə görə hər şey edəcək.




Millət vəkili Fazil Mustafa da yayılan görüntülərə sərt reaksiya verib. O, müəllimənin yanında olduğunu vurğulayıb:



“Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə rahatlıqla gedə bilər? Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə biganə qalmayan müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə geri qalmasınlar. Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış olduğunu söyləmiş və həmin müəlliməni müdafiə etmişdim. Hörmətli elm və təhsil naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan töhmət verilir. Müəllimləri belə rahat və kefi şəkildə əzmək, gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da bilmirəm, ancaq müəllimin kim olduğunu və hansı dəyərə sahib olduğunu şükürlər olsun ki, yaxşı bilirəm”.



Şərhlər
  • Adil

    Ehsen müellimeye

  • Veteran

    Töhməti verən yəqin yuxarının göstərişi ilə direktor deyilən antimilli ünsür verib. O ya ermənidir,ya yezidi kürd,ya da ünsür.Onu və onun kimiləri o məktədən RƏDD etmək lazımdır.Bəş başqa müəllim deyilən diğər balqabaq iş yoldaşları niyə susublar? Bəyəm o tualetdən onlar istifadə etmirlər. Bəlkə pomperslə gəzirlər?Ayıb olsun həmdə sizə ay kənd cammatı.Bir müəlliməni müdafiə edə bilmirsiniz.

  • Rəhimov Nahid

    Hırmətli Deputat Fazil müəllim sizi dəstəkləyirəm

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər