Ru
10:30 / 25 Noyabr 2026

"Muhteşem Yüzyıl"ın Şahzadə Mustafası azərbaycanlılara müraciət etdi - VİDEO

"Muhteşem Yüzyıl"ın Şahzadə Mustafası azərbaycanlılara müraciət etdi - VİDEO
Eye

"Möhtəşəm Yüzyıl" serialında Şahzadə Mustafa obrazı ilə milyonların sevgisini qazanan Mehmet Günsür Bakıya gəlir.

"Bakupost" xəbər verir ki, türkiyəli aktyor "Aşk Tesadüfleri Sever 3" filminin qala gecəsində iştirak etmək üçün noyabrın 27-də paytaxtımızda olacaq.

Saat 19:00-da "Dəniz Mall"da yerləşən "CineMastercard" kinoteatrında keçiriləcək qala gecəsində filmin yaradıcı heyəti də iştirak edəcək. Belə ki, Mehmet Günsürlə yanaşı, quruluşçu rejissor Ömer Faruk Sorak, rejissor İpek Sorak və aktyor Serkan Altunorak da gələcəklər.

Dilay, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar