Ru
09:46 / 25 İyun 2025

"Müsavat"çılar restoranda ofisiantı döydülər

"Müsavat"çılar restoranda ofisiantı döydülər
Eye

Müsavat Partiyasının üç əməkdaşı həbs edilib.

Bakupost.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, partiyanın Biləsuvar rayon təşkilatının üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev Biləsuvar rayonunda ofisiantı döyməkdə təqsirləndirilirlər.

Belə ki, Müsavat Partiyasının Biləsuvar rayon təşkilatı restoranlardan birində məclis təşkil edib. Məclisdə qonaqlara restoranın Orxan adlı ofisiantı xidmət edib.

Məclisin sonunda partiya üzvü Ələddin Ələsgərli ofisiantdan restoran rəhbərliyinə şikayət edib və ofisiantın qonaqlara lazımi səviyyədə xidmət göstərmədiyini deyib. Nəticədə restoran rəhbərliyi Orxanın maaşını kəsib. Buna etiraz edən Orxan Ələddinə etirazını bildirib. Ə.Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev birləşərək ofisiantı döyüblər və ona xəsarətlər yetiriblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ələddin Ələsgərli və Cabir Vəliyevin hər biri 2 il 3 ay, Qoşqar Nuralı isə 2 il azadlıqdan məhrum ediliblər və təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar