Ru
13:22 / 07 Fevral 2023

Müşfiq Hətəmov "Space"dən niyə getdi? - Detallar

8310
Space Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmovun vəzifəsindən getməsinin bəzi detalları bəlli olub.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, Müşfiq Hətəmov öz istəyi ilə vəzifəsindən ayrılıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Müşfiq Hətəmovun işdən getməsi onun yeni vəzifəyə təyin olunması ilə əlaqədardır. "Space"nın sabiq direktoruna mədəniyyət sektorunda yüksək vəzifə veriləcəyi bildirilir. Yeni təyinatın bir həftə ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Müşviq Hətəmov iki ilə yaxın müddətdə Space Müstəqil Teleradio Şirkətinin direktoru kimi fəaliyyət göstərsə də, əvvələr çalışdığı mədəniyyət sahəsində dövlət siyasətinə dəstək verməyə davam edirdi. Məsələn, yaz sessiyası ərzində Milli Məclisin müzakirəsinə təqdim olunacaq “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanmasında yaxından iştirak edir.

Xatırladaq ki, ssenarist, kinoprodüser, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov"Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri vəzifələrində çalışıb. 2021-ci ilin mayında isə "Space" TV-nin direktor təyin edilmişdi.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər