Ru
11:40 / 29 May 2024

Müstəqillik gününə dil uzadanlar - SABİR RÜSTƏMXANLI SÖHBƏTLƏRİ - VİDEO

7226
Xalq şairi, istiqlalçı millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin budəfəki buraxılışında Azərbaycanın dövlətçilik tarixi, Xalq Cümhuriyyətinin qurulduğu dövrdə mövcud olan mürəkkəb siyasi vəziyyət və dövlət müstəqilliyimizin əldə olunmasından danışıb.

Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu vurğulayan S.Rüstəmxanlı bildirib ki, bu, hər birimizin qürur duyduğumuz məsələdir. O qeyd edib ki, buna baxmayaraq, bəzən yanlış olaraq 1918-ci ildə qurulun Xalq Cümhuriyyətini Azərbaycan dövlətçiliyinin təməli hesab edirlər. Rüstəmxanlının fikrincə, bu, yanlış yanaşmadır. Çünki buna qədər Azərbaycanın təxminən 4 min il davam edən dövlətçilik ənənəsi mövcud olub.

Xalq şairi bildirib ki, dövlət qurmaq millətin ən böyük istedadı, yaradıcılığıdır. Bu baxımdan son min ildə Azərbaycan ərazilərində Səlcuqlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Qacarlar kimi dövlətlər mövcud olub. Nadir şahin rəhbərlik etdiyi Qacarlar dövlətinin süqutu və xanlıqların yaranmasından bəhs edən millət vəkili bildirib ki, həmin dövlətin yerində yaranan 20-yə yaxın xanlığın hər biri müstəqil dövlət idi.


Xalq şairi həmçinin 1918-ci ildə mövcud olan mürəkkəb siyasi vəziyyətdən, AXC qurucularının ciddi və çətin sınaqlar qarşısında qalmasından, cümhuriyyət elan olunduqdan sonra Nuru Paşanın rəhbərliyi ilə Bakının işğaldan azad edilməsindən danışıb. Onun sözlərinə görə, təəssüf ki, bəzən 1918-20-ci illərin üstündən də xətt çəkmət istəyənlər olur, AXC lideri Məmməd Əmin Rəsulzadənin böyüklüyünü etiraf etmirlər. S.Rüstəmxanlı belə insanlara ən azı onun çap olunan əsərlərini oxumağı, Rəsulzadənin ideyaları, nəzəri fikirləri, dünyada gedən proseslərə münasibəti ilə tanış olmağı məsləhət görüb.


AXC-nın mövcud olduğu iki ildə xeyli qanuinların qəbul edildiyi, xarici dövlətlər və beynəlxaq təşkilatlarla əlaqələr qurulduğu, ordu quruculuğu prosesini, milli pul vahdinin buraxılmasını və s xatırladan millət vəkili eyni zamanda milli dövlət atributlarımızın - bayrağımız və gerbimizin qəbul edildiyini diqqətə çatdırıb. Azərbaycan xalqının 1988-ci ildə meydanlara məhz həmin bayraqla çıxdığını, Meydan Hərəkatına başladığını və bu prosesin SSRİ-nin dağılmasına səbəb olduğunu diqqətə çəkən S.Rüstəmxanlı 1991-ci ildə məhz 1918-20-ci ildə mövcud olmuş dövləti bərpa etdiyimizi vurğulayıb:


"Bu gün bərpa olunan dövlətdə müəyyən vəzifə tutan, yaxud onun parlamentində təmsil olunan adamlar bəzən ö dövrün üstündən xəttə çəkmək istəyirlər. Axı sən bərpa olunan dövlətin bir yarpağı, hüceyrəsisən. O dövlət bərpa olunmayıbsa, onda sən kimsən? Öz oturduğun budağı kəsirsən deməli. Tarixə ancaq bu günün gözü ilə yanaşmaq olmaz".

Ətraflı videoda...



BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər