Ru
15:14 / 24 İyun 2025

Müştərini döyən aşpaz azadlıqda qaldı

Müştərini döyən aşpaz azadlıqda qaldı
Eye

Bakıda restoranda dava düşüb.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restoranlardan birində baş verib.

Əli tanış olduğu qadınla müştəri qismində restorana gəlib və orada yeyib-içiblər. Bir müddətdən sonra Əli ilə həmin xanım arasında mübahisə yaranıb.

Mübahisəni görən restoranın aşpazı Əhmədəli Əliyev (soyad şərtidir) söhbətə müdaxilə edərək Əlini vurub. Mübahisə qızışıb və nəticədə restoranın icarədarı və digər şəxslər birləşərək Əlini döyüb, ona müxtəlif bədən xəsarətləri yetiriblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ə.Əliyev xuliqanlıqda təqsirləndirilib, ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və elektron nəzarət qolbağı tətbiq olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar