Ru
20:23 / 07 İyun 2024

Mütəxəssisdən XƏBƏRDARLIQ: Azərbaycanda seysmik ocaqlar aktivləşə bilər

1206
Qonşu ölkə Gürcüstanda son günlərdə ardıcıl olaraq zəlzələlər baş verib.

Belə ki, iyunun 4-də 4,7 və 5,4 maqnitudalı 2 zəlzələ, ötən gün isə 3,6 ballıq zəlzələ qeydə alınıb.

Bəs, bunun Azərbaycana təsiri ola bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Mətbuat.az-a danışan seysmoloq Qulam Babayev bildirib ki, Gürcüstanda baş verən yeraltı təkanlar Azərbaycan ərazisinə də təsir göstərəcək:

"Azərbaycan nəhəng bir tektonik bölgənin daxilindədir. Ona görə də, təbii ki, təsiri olacaq. Amma nə zaman və hansı gücdə olmasını demək mümkün deyil. Təbii ki, həmin ölkəyə yaxın olan ərazilər, Kiçik Qafqazın şimal yamacı, tektonik zonalar, seysmik aktiv ocaqlar aktivləşə bilər".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər