Rusiya Teleqram kanalları fevralın 16-da Federal Penitensiar Xidmət tərəfindən ölüm xəbəri yayılan rusiyalı müxalifətçi Aleksey Navalnının son görüntülərini paylaşıb.
Bakupost.az-ın SOTAvision-a istinadən məlumatına görə, cümə axşamı, fevralın 15-də Aleksey Navalnı videobağlantı vasitəsilə məhkəmə iclasında iştirak edib. Kadrlarda onun hakimi təbəssümlə dinlədiyi, hətta zarafatlaşdığı görünür.
Müxalifətçi məhkəmənin qərarını eşidəndən sonra gülə-gülə bildirib ki, hakimə hesab nömrəsini göndərəcək ki, maaşını onunla bölüşsün, çünki hər belə qərardan sonra əmanətləri tükənir.