Ru
13:46 / 07 İyun 2024

"Nazirlik dərs ilinin vaxtını dəyişdirməlidir" - Ekspert

9348
“Tədris ilinə sentyabrın 1-dən başlanılması Sovet dövründən qalma ənənə hesab olunduğu üçün dəyişdirildi. Ancaq bunu o dövrün ənənəsi hesab edib dəyişmək doğru qərar deyil. Biz bu dəyişikliklə elə bir nailiyyət də əldə etmədik, şagirdlərin dərs yükü də azalmadı. Bu gün dərslər sentyabrın 15-i başlayıb iyunun 14-ü bitir. May ayının sonlarından etibarən istilər düşür və şagirdlər dərsə getmirlər. Dərs proqramı da başa çatdığından, məktəblər boş qalır. Deməli, boş yerə müəllimlər əziyyət çəkib dərsə gəlirlər".




Bunu Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, Dövlət İmthahan Mərkəzi də dərs ili başa çatmamış qəbul imtahanı keçirir. DİM hər dəfə keçirilməmiş proqramın imtahana salınmadığını desə də, insanlar buna inanmırlar, narazılıq, gərginlik yaranır. Bu səbəbdən də Elm və Təhsil Nazirliyi dərs ilinin başlanma və başa çatma vaxtının dəyişdirilməsi üçün işlər görməlidir.




Təhsil eksperti Elşən Qadarov da hesab edir ki, tədris ili sentyabrın 1-i başlayıb, iyunun 14-ü bitməlidir:

“Tədris ili müddəti ilə əlaqədar hər il müəyyən müzakirələr aparılır. Bu hal Azərbaycanda tədris ilinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlıdır. İnkişaf etmiş ölkələrin əksəriyyətində tədris ili 34-36 həftədir. Bizdə isə tədris ilinin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə 34 həftə olaraq təyin edilib. Mən də tədris ilinin sentyabr ayının 1-dən başlamasının tərəfdarıyam. 1 sentyabr-14 iyun tədris ili üçün daha optimal variantdır”.

Sevinc,
BakuPost
Şərhlər
  • N.Seyfeli.

    Ele, 34 hefteni semereli tedris proqrami ile temin etmek, lazimsiz fenlerin sayini azaltmaq ve iyunun 1- ne dersler baglanmalidir, cunki, bu muddetden sonra istiler dushur, ushaqlar sustlashir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər