Ru
13:51 / 30 May 2025

Nələrsə Trampın Putinə təzyiq göstərməsinə mane olur - Politico

Nələrsə Trampın Putinə təzyiq göstərməsinə mane olur - Politico
Eye

ABŞ prezidenti Donald Tramp Senatın Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edəcəyindən qorxur. Bu, onun Vaşinqtonla Moskva arasında münasibətləri yaxşılaşdırmasına mane olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

"Tamamilə aydındır ki, nəsə onun Putinə daha çox təzyiq göstərməsinə mane olur. Əgər o, sadəcə olaraq, Putinlə sövdələşmələr etmək üçün müharibəni bitirmək istəyirsə, o zaman potensial əlaqələri "zəhərləməyin" bədəlini ödəyə bilər", - adını açıqlamayan Avropa rəsmisi jurnalistlərə deyib.

Mayın 29-da NBC telekanalı xəbər verib ki, ABŞ Senatı Rusiya neftini alan ölkələrdən idxal edilən mallara 500% rüsum tətbiq edən qanun layihəsini qəbul edərsə, Trampın Rusiyaya qarşı sanksiyalar məsələsində seçimi qalmaya bilər. Ağ Ev qorxur ki, Trampın Ukraynadakı vəziyyəti nizama salmaq siyasəti “Kremili cəsarətləndirməyə” gətirib çıxarıb.

Mayın 22-də ABŞ Senatı Moskvanın yaxın gələcəkdə Ukraynada atəşkəs üçün qəbuledilməz şərtlər irəli sürəcəyi təqdirdə Rusiyanı 500% ikinci dərəcəli rüsumlarla hədələyib.

Daha sonra senator Lindsi Qrem Rusiya prezidenti Vladimir Putinə açıq məktubunda Moskvaya qarşı yeni sanksiyaların tətbiqinin mümkünlüyünü açıqlayıb. Parlamentarinin sözlərinə görə, ABŞ Senatı vəziyyətin istənilən inkişafına hazırdır.

Zaur,BakuPost




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar