Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib.
Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.
***
15:00
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
Onun sözlərinə görə, Nəriman Həsənzadə xəstəxanada müalicə alır.
"Xalq şairi Nəriman Həsənzadə iki-üç gündür xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir",- deyə Rauf Aslanov bildirib.