Ru
20:14 / 21 İyul 2025

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

Novxanı çimərliyində növbəti bədbəxt hadisə
Eye

Novxanı çimərliyində daha bir bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, 14 yaşlı Azər Məcidov dənizdə çimərkən, qəfil qıcolma (epileptik tutma) keçirib.

Yaxınlıqda olanlar dərhal köməyə gəlsələr də, yeniyetmənin durumu ağır olub. O təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, dünən həmin çimərlikdə Xırdalan şəhər sakini olan məktəblilər-2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar