Ru
13:58 / 16 Noyabr 2026

Sərnişinləri dəniz mənzərəli yolla aparan avtobusla bağlı AYNA-dan açıqlama - VİDEO

Eye

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.


AYNA-dan "Bakupost"a bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.


***

12:11

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb.


"Bakupost" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub.

Bu zaman bəzi hissələrdə nəqliyyat vasitələri dalğaların döydüyü sahillərədək irəliləməli olub.

Nəticədə bəzi sərnişinlər qeyri-adi halı çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar