Ru
16:06 / 01 May 2025

Nüvə müharibəsinə saatlar qalıb? - Pakistan xəbərdarlıq etdi

Nüvə müharibəsinə saatlar qalıb? -  Pakistan xəbərdarlıq etdi
Eye

Cənubi Asiya yaxın saatlarda potensial hərbi qarşıdurma xəbərdarlığı fonunda iki nüvə gücü - Hindistan və Pakistan arasında gərginliyin kəskin artmasının şahidi olur.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Sky News Arabia”nın analitik təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, tərəflər arasında siyasi ritorikanın sərtləşməsi və atılan addımlarla böhranın birbaşa toqquşmaya çevrilə biləcəyinə dair qorxular artır.

Pakistanın informasiya naziri Attaullah Tara İslamabadın Hindistanın 24-36 saat ərzində ölkəyə zərbə endirmək niyyətində olduğunu göstərən etibarlı kəşfiyyat məlumatlarına malik olduğunu söyləyib. Nazir Pakistanın belə bir addıma sərt və qəti cavab verəcəyini vurğulayıb.

Tara Hindistanın potensial təcavüzə haqq qazandırmaq üçün ağlasığmaz bəhanələrdən istifadə etdiyini deyərək, istənilən toqquşmanın nəticələrinin Dehlinin üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. həmçinin o, mümkün müharibənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti müdaxilə etməyə çağırıb.

Hindistanın mənbələri isə Baş nazir Narendra Modinin Pakistanın mümkün addımlarına cavab vermək üçün orduya tam azadlıq verdiyini iddia edirlər. Həmin mənbələr qeyd edirlər ki, ordu siyasi müdaxilə olmadan cavab tədbirlərinin vaxtını və üsullarını müəyyən etmək səlahiyyətinə malikdir. “Sky News Arabia”ya görə, bu, hesablanmış hərbi əməliyyata hazırlığı əks etdirir.

Vəziyyəti şərh edən Asiya məsələləri üzrə mütəxəssis Vael Avad bildirib ki, baş verənlər mütləq hərtərəfli müharibəyə başlamaq niyyətini göstərmir, əksinə, bunlar məhdud hərbi əməliyyatın başlanğıcı ola bilər.

Onun sözlərinə görə, 2019-cu ildə də indi baş verənlərə bənzər bir ssenari proqnozlaşdırılmışdı. O zaman hər iki tərəf qarşılıqlı olaraq bir-birinin ərazisinə zərbələr endirmişdi, ardınca atəşkəs elan olunmuşdu.

Öz növbəsində pakistanlı keçmiş diplomatı, analitik Cavid Hafiz vurğulayıb ki, Pakistan müharibəyə can atmır, amma özünü müdafiə etməkdən də çəkinməyəcək.

Analitik ölkəsinin güclü ordu və hava qüvvələrinə malik olduğunu əlavə edərək, Hindistanın istənilən avantürasının ona baha başa gələ biləcəyini söyləyib.

“Sky News Arabia” hesab edir ki, qarşıdakı saatlar böhranın 2019-cu il ssenarisinə bənzər məhdud bir toqquşmaya, yoxsa cilovlanması çətin olacaq müharibəyə çevriləcəyini müəyyən etmək üçün həlledici olacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar