İran ABŞ bazasına qarşı gözlənilən hücum barədə itkiləri minimuma endirmək üçün Qətəri xəbərdar edib.
Bakupost.az xəbər verir ki, bu barədə “The New York Times”a iranlı mənbə bildirib.
Qəzetin həmsöhbəti vurğulayıb ki, Tehran üçün ABŞ obyektlərinə cavab zərbəsi endirmək vacib idi, lakin eyni zamanda bütün tərəflərə manevr üçün məkan və eskalasiyaya son qoymaq imkanı saxlamaq istəyirdi.