ABŞ-da Nyu York şəhərinin seçilmiş ilk müsəlman meri Zohran Mamdani yeni il gecəsi and içdi. Andiçmə mərasimi yeni ilin ilk saatlarında, 1904-cü ildə tikilmiş qədim bələdiyyə binası “Old City Hall Station”da yalnız ailə üzvləri və yaxın çevrəsinin iştirakı ilə keçirilib. Mərasimi şəhərin baş prokuroru Letitia Ceyms idarə edib. Yeni mer ABŞ tarixində ilk dəfə Qurana and içib. Mamdani and içərkən əlini müqəddəs kitabın üzərinə qoyub.
Bakupost.az "Associated Press"ə istinadən xəbər verir ki, Mamdani mərasim zamanı çıxış edərək, bu təcrübəni ömür boyu davam edəcək bir şərəf kimi qiymətləndirib. Yeni mer bugünkü rəsmi tədbiri səbirsizliklə gözlədiyini və hamını görmək istədiyini bildirib.
Rəsmi andiçmə mərasimi isə bu gün günorta saatlarında Nyu-York Bələdiyyəsi binasının önündə keçiriləcək. Mərasimdə demokrat konqresmen Alexandriya Okasio-Kortez çıxış edəcək. Andiçməni isə Vermont ştatının müstəqil senatoru Bernie Sanders etdirəcək. Tədbirdən sonra Mamdani Brodvey küçəsində on minlərlə iştirakçının qatılacağı pulsuz küçə tədbiri təşkil edəcək.
34 yaşlı Mamdani, 4 noyabrda keçirilmiş seçkilərdə qələbə qazanaraq tarixi bir mərhələyə imza atıb.
Cavid, BakuPost