Ru
14:07 / 03 Oktyabr 2022

Oğlu oğurlanan millət vəkili kimdir? - Yenilənib

27863
***
13:13

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.


Bakupost.az -a həmin şəxsin kimliyi ilə bağlı məlumat daxil olub.




Oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğu bildirilir.


Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. Məlumatlı mənbə A. Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.





Məsələ ilə bağlı deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb bizə məlumat verəcəyini desə də, sonradan Ə. Əmiraslanovla əlaqə saxlaya bilmədiyini dedi: "Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam".


Xatırladaq ki, musavat.com-un yaydığı xəbərə görə, A. Əmiraslanov separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.



***
14:04

Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov Bakupost.az -la yenidən əlaqə saxlayaraq yayılan məlumatların əsassız olduğunu bildirdi:

"Əhliman müəllimlə əlaqə saxladım. Bildirdi ki, bu xəbərlərin heç bir əsası yoxdur, şayiədir. Heç də belə bir şey olmayıb".


Elnur
BakuPost


***
18:00

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Əmiraslanov İstanbulda oğurlanıb.

Bildirilir ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. O, kriminal dairələrdən Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib və onların saxlanılmasına nail olub.





Həmçinin oxuyun:


Şərhlər
  • Ramin

    Eceb edibler, kas ki lap cox pul isteyerdiler.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər