Ru
23:13 / 30 Aprel 2024

Oğuzun 77 yaşlı sakini sirkə turşusundan zəhərlənib

1399
Oğuzda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Bakupost.az APA-ya istinadla verdiyi məlumata görə, axşam saat 20 radələrində rayonun Muxas kənd sakini 1947-ci il təvəllüdlü Saniyə Şükür qızı İdrisova kəskin zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 77 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub.

S. İdrisovanın vəziyyəti ağır olduğu üçün ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər