Ru
22:57 / 02 İyul 2025

OMON-un yaraladığı Kamal Səfərov xəstəxanadan OĞURLANDI - Onu hara apardılar?

OMON-un yaraladığı Kamal Səfərov xəstəxanadan OĞURLANDI - Onu hara apardılar?
Eye

Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının Yekaterinburqda törədikləri hadisə zamanı xəsarət alan Kamal Səfərov xəstəxanadan oğurlanıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə iyunun 27-də Yekaterinburqda törədilən hadisə zamanı qətlə yetirilən və yaralanan şəxslərin yaxınları məlumat verib.

Onların sözlərinə görə, baş vermiş hadisə zamanı müxtəlif dərəcəli xəsarət alan Kamal Səfərov Yekaterinburqda yerləşən xəstəxanaların birində əməliyyat olunduqdan sonra müalicəsinə davam edirdi. Lakin bu gün günorta saatlarında xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər K.Səfərovu özləri ilə aparıblar. Yaxınları bildirib ki, onu hara apardıqları barədə heç bir məlumat verməyiblər.

Qeyd edək ki, daha öncə Yekaterinburqun Leninski Rayon Məhkəməsi Kamal Səfərov barəsində həbs qətiimkan qərarı çıxarıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar