Ru
14:31 / 10 Mart 2023

Özüm də bazarda oldum, doğrudan da, qiymətlər çox yüksəkdir... - Millət vəkili

7229

Xalqımızın qədim, milli bayramlarından olan Novruza artıq sayılı günlər qalıb.


Bayram süfrəsini bəzəmək, adət-ənənəni yerinə yetirmək üçün vətəndaşlar bazara üz tutur. Lakin bazarlarda vəziyyət heç də ürəkaçan deyil. Qiymətlər kəskin dərəcədə artıb və bu da vətəndaşların narazılığına səbəb olub.


Vətəndaş Ruhiyyə Qəmbərova vəziyyətdən şikayətçidir:

“Hər şey bahalaşıb. Çatdırmaq olmur. Keçən illə müqayisədə qiymətlər çox artıb”.

Paytaxt sakinlərindən Zamiq İbrahimov da narazılığını bildirib:

“Baha olduğu üçün heç nə ala bilmirik. Qiymətlər od tutub yanır. Biz də evimizdə bayramı yaxşı keçirmək istəyirik”.


Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az -a qiymətlərin kəskin artdığını təsdiqləyib:

“Bayram gəlməmiş, 10 gün əvvəldən qiymətləri qaldırırlar. Həmişə belə olub. Sahibkarlar bilir ki, Novruz bizim əsas bayramımızdır. Ona görə də, qiymətləri artırırlar. Özüm də bazarda oldum. Doğrudan da, qiymətlər çox yüksəkdir. Elə qiymətlər var ki, onlar dövlət tərəfindən tənzimlənir. Amma bunlar bazar iqtisadiyyatı olduğu üçün tənzimlənmir”.


Millət vəkili, antiinhisar xidmətlərin fəaliyyətinə də diqqət çəkib:

“Süni qiymət artımının qarşısı alınmalıdır. Bunun üçün antiinhisar xidmətlər var. Onlar bu işlə daha çox məşğul olmalı, ciddi şəkildə nəzarət etməlidirlər. Monitorinqlər aparılmalıdır. Süni qiymət artımı müşahidə edilən yerdə bunun qarşısı alınmalıdır. Əlbəttə, biz kifayət qədər məhsul idxal edirik. Ona görə də xaicdən inflyasiya da idxal olunur”.


Aynur İbrahim
BakuPost

Şərhlər
  • Tələt Tələt

    buna şübhə edən də varmış?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər