"Hindistan və Pakistan gərginliyi azaltmalıdır. Ancaq ABŞ nüvə silahına sahib olan asiyalı qonşuları nəzarətdə saxlaya bilməz. Onların arasında baş verə biləcək müharibə bizi maraqlandırmır".
Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bunu Fox News kanalının efirində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Biz istəyirik ki, bu məsələ mümkün qədər tez və dinc yolla həll olunsun. Amma bu ölkələri idarə edə bilmərik,” – Vens əlavə edib.
Agentlik qeyd edib ki, Hindistan, Çinin artan nüfuzuna qarşı Vaşinqton üçün mühüm tərəfdaşdır. 2021-ci ildə ABŞ qoşunları Əfqanıstandan çıxandan sonra Pakistanın Vaşinqton üçün əhəmiyyəti azalsa da, bu ölkə hələ də ABŞ-nin müttəfiqi olaraq qalır.
Aysel,
BakuPost