Ru
10:13 / 24 Noyabr 2026

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - VİDEO

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - VİDEO
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın məşhur “Ay gəlinə bax, gəlinə” mahnısının erməni dilində ifa edilmiş versiyasını sosial şəbəkə hesabında paylaşıb.

“Bakupost” xəbər verir ki, Paşinyan paylaşımında Ermənistanın yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP layihəsinin təməlinin qoyulmasına hazırlıq görüldüyünü bildirib.

“Yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP-in təməlinin qoyulmasına hazırlaşırıq”, – deyə Ermənistanın Baş naziri qeyd edib.

Xatırladaq ki, bundan ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətlə çıxış edərək Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start verildiyini açıqlamışdılar.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar