Ru
13:05 / 16 Mart 2023

Paşinyan: Azərbaycandan təkliflər almışıq, mövqeyimizi açıqlayacağıq

2998
Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu martın 16-da Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.

“Beləliklə, biz müqavilə layihəsi üzrə müzakirələrin dördüncü mərhələsinə keçdik. Hər şeyi müzakirə edib yaxın vaxtlarda mövqeyimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, - Paşinyan deyib.

Eyni zamanda, o, beynəlxalq ictimaiyyətin diqqətini 9 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə yönəldib:

"Azərbaycan hələ də erməni əsir, girov və digər məhbusları qaytarmayıb və Ermənistanın 1994, 2021 və 2022-ci illərdə işğal etdiyi suveren ərazilərini işğal altında saxlamaqda davam edir".

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər