Ru
13:43 / 15 May 2024

"Paşinyan Bakıya gəlirsə, xoş gəlir" - Zərdüşt Əlizadə

2651
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündə müsbət nəticələrin əldə olunduğuna inanıram. İki dövlətin nazirləri və mütəxəssislər bu sənədlərin üzərində ciddi işləyirlər. Nazirlər ciddi məsələlərlə məşğul olduqlarını açıqladılar. Bu, mənim üçün sevindirici haldır ki, iki qonşu dövlət münaqişəyə son qoymaq üçün çalışırlar”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Ermənistanda keçirilən etiraz aksiyalarının Paşinyan iqtidarına heç bir təsir imkanının olmadığını deyib:

“Müharibə istəyən qüvvələr İrəvanda Qalstanyanın başçılığı altında səfeh nümayişlər keçirirlər. Bu aksiyalar artıq tədricən səngiyir. Çünki xalqlar müharibə istəmir. Əgər hansısa bir məsələni qarşılıqlı razılaşma yoluyla həll etmək mümkündürsə, bunun nəyi pisdi ki?!”.
Politoloq noyabrda Paşinyanın rəhbərliyi ilə Ermənistan nümayəndə heyətinin Bakıya mümkün səfəri haqda bunları deyib:

“Noyabrda COP29 tədbirinə görə Paşinyan Bakıya gəlmək istəsə, bu, müsbət əlamətdir. O vaxta qədər sülh müqaviləsi imzalansa, yaxşı olar. Ondan sonra da imzalansa, pis deyil. Əsas odur ki, müharibə. Azərbaycana 70 minə yaxın xarici gələcək və onların arasında 20-30 nəfər erməni olacaq. Gəlsinlər, xoş gəlib, səfa gətirsiinlər”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər