Ru
18:04 / 10 İyul 2025

Paşinyan Ermənistanın himnini DƏYİŞDİ

Paşinyan Ermənistanın himnini DƏYİŞDİ
Eye

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ölkənin dövlət himninin yeni redaksiyasını, eləcə də onun tam və qısa musiqi versiyalarını təqdim edib. Bu dəyişikliklər Ermənistanın dövlət himni haqqında qanuna edilmiş düzəlişlərə əsasən həyata keçirilib.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, təqdim olunan yeni redaksiyada «Vətənimiz» adlı himnin mətninin sözləri Mıkael Nalbandyana, musiqisi isə Barseq Kanaçyana məxsusdur. Himnin rəsmi şəkildə təsdiqlənmiş tam və qısa versiyaları da ictimaiyyətə təqdim olunub.

Sənədin müəllifləri bildirirlər ki, himnin sonluğu daha nikbin və ruhlandırıcı şəkildə yekunlaşmalıdır. Buna görə də əvvəlki «Xalqının azadlığı uğrunda ölən bəxtiyardır» ifadəsi «Qoy Ermənistan həmişə şöhrət tapsın» sözləri ilə əvəz edilib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan daha öncə həm ölkənin dövlət gerbi, həm də Konstitusiyasının dəyişdirilməsi ilə bağlı niyyətini açıq şəkildə bəyan edib.

O, ölkədəki simvolların və əsas sənədlərin müasir reallıqlara uyğunlaşdırılmasının zəruri olduğunu bildirib və gerb, himn və Konstitusiyanın dəyişdiriləcəyinə söz verib.


Yeni himn 2025-ci il yanvarın 22-də Ermənistan parlamenti tərəfindən təsdiqlənib və aprel ayından qüvvəyə minib. Təkliflər paketi parlamentə spiker Alen Simonyanın rəhbərlik etdiyi deputat qrupu tərəfindən təqdim olunmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar