“Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarına deyib ki, hazır olun, tezliklə bəzi din adamlarının əleyhinə konkret faktlar dərc olunacaq”.
Bakupost.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından əldə etdiyimiz məlumata görə, Paşinyan komanda yoldaşlarına deyib ki, hazır olun, yaxın vaxtlarda din adamları və onların havadarlarına qarşı konkret faktlar dərc olunacaq.
Eyni xəbərə görə, söhbət foto və videolardan gedir. Hakim partiyanın üzvlərinə xəbərdarlıq edilib ki, istənilən vaxt lazımi əmrə hazır olsunlar”, - erməni nəşri bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.