Ru
16:39 / 14 May 2024

Paşinyan: “Sülh müqaviləsi imzalamağın vaxtı çatıb”

1568
Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtı çatıb.

Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan sülhün davamlı olacağına inanır.

“Hökumətim buna görə məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz sadəcə olaraq Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında Alma-Ata Bəyannaməsinə görə dövlət sərhədlərinə çevrilən inzibati sərhədləri bərpa etməliyik”-deyə Paşinyan bildirib.

Paşinyan Ermənistan və Azərbaycan arasındakı yeni layihədən də söz açıb:

“Regional sabitliyimiz üçün daha bir mühüm məqam hökumət tərəfindən irəli sürülən “Dünyanın kəsişməsi” layihəsidir. Bu layihə onu nəzərdə tutur ki, Ermənistan və Azərbaycan ölkələrin suverenliyi və yurisdiksiyası altında, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq nəqliyyat və digər kommunikasiyaları bərpa edib açacaqlar”.

O, əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləməyə hazır olduqlarını vurğulayıb:

“Mən vurğulamaq istəyirəm ki, demokratiya Ermənistan üçün strategiyadır. Biz demokratiyaya inanırıq, demokratiyada yaşayırıq”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər