Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən azad edilib.
Bakupost.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bu barədə sərəncam imzalayıb.
Onun səlahiyyətlərini müvəqqəti olaraq Ermənistan MTX rəhbərinin müavini Andranik Simonyan icra edəcək.
Xatırladaq ki, A.Abazyan 2020-ci il noyabrın 8-də həmin vəzifəyə təyin edilmişdi.