"Zəngəzur dəhliziə suverenliyə zərər vermədən xarici şirkət tərəfindən idarə oluna bilər".
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O bəyan edib ki, Ermənistanda autsorsinq təcrübəsi suverenliyə təhlükə deyil. O, kənar qüvvələr tərəfindən idarə olunan, lakin dövlətə məxsus Zvartnots hava limanı və digər obyektləri misal çəkib.
Yolların açılmasından danışan Paşinyan qeyd edib ki, “Sülhün kəsişməsi” layihəsinə investisiyaların cəlb edilməsi üçün şirkət yaradılması nəzərdən keçirilir. Onun sözlərinə görə, söhbət təkcə avtomobil və dəmir yollarından deyil, həm də boru kəmərlərindən, ötürücü xətlərdən, kabellərdən gedir.
O vurğulayıb ki, Ermənistan qanunlarına görə, məsələn, torpaq icarəyə verilərkən belə, “inkişaf hüququ” prinsipi tətbiq olunur və müqavilənin müddəti bitdikdən sonra mülkiyyət Ermənistanda qalır.
Zaur, BakuPost