“Məni indiyə qədər heç kimə oxşatmayıblar. Hətta şaha da oxşadan olmayıb. Baxmayaraq ki, şahın vaxtında mən iki il İranda baş tərcüməçi işləmişəm. İndi Zamin Hacı məni İran prezidentinə oxşadırsa, oxşatsın. Adam-adama oxşayar da, burda bir qəbahət görmürəm. Hər halda jurnalist məni prezidentə oxşadıb, oğruya, xalqın cibinə girənə oxşatmayıb”.
Bunu Bakupost.az -a açıqlamasında yazıçı Seyran Səxavət jurnalist Zamin Hacının İran prezidenti Məsud Pezeşkianı ona bənzətməsinə cavab olaraq bildirib.
S.Səxavət bu oxşarlığın təsadüfi olmaya biləcəyini də deyib:
“Bəlkə də Pezeşkian bizim qohumlardandır. Bilmək olmaz. Bu xəbər ola bilsin, prezident Pezeşkiana da çatar və Azərbaycana gələndə mənimlə görüşər. Dünyada çoxlu prezidentlər var. Mənə oxşayan İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianı ürəkdən təbrik edirəm. Ona demək istəyirəm ki, cənab prezident, sizin bütün naxışlarınıza şərikəm, amma yanlışlarınıza şərik olmayacam. İnşallah, yanlışsız işləyər”.
Vasif Əlihüseyn
BakuPost
Yanlışda bir naxışdı))