Ru
14:29 / 06 İyul 2024

"Pezeşkianın hakimiyyəti Azərbaycana çox şeylər verəcək" - Politoloq

1647
“Məsud Pezeşkianın seçilməsi bir zərurət idi. İranda 45 ildə molla rejimi ölkəni bütün dünyaya qapadıb. İran həqiqətən bir dövlət kimi iflas səviyyəsindədir. Bunlara güclü islahatçı lazım idi. Bu adam da nazir, deputat olub, güclü kardioloqdur, türk kökənlidir, İranı içindən tanıyır və ölkənin də buna ehtiyacı var idi. O, seçkidən öncə dedi ki, dünyaya açılmalı, Amerikayla münasibətlərimizi qurmalıyıq. Onun yanında 45 ilin ən güclü xarici işlər naziri Cavad Zərif var. Zərif İranı ayaqda saxlayan şəxsiyyətlərdən biridir. İranın keçmiş iki prezidenti bunu təsdiqləyib”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Cümşüd Nuriyev Məsud Pezeşkianın İranda prezident seçilməsini şərh edərkən deyib.



O, yeni prezidentin türk dünyasının nümayəndəsi olduğunu diqqətə çəkib. Qeyd edib ki, onun prezident seçilməsindən sonra Azərbaycan-İran münasibətləri də yeni müstəviyə keçəcək:

“Onun hakimiyyətə gəlməsi Azərbaycana çox şeylər verəcək. Hələ Cənab Prezident İran özünü pis aparan zaman dedi ki, “İranda baş verən hər şey bizim üçün maraqlıdır, çünki orda kifayət qədər soydaşlarımız yaşayır”. Dünyada da Cənubi Azərbaycandan olan azərbaycanlılar Azərbaycan diasporasında təmsil olunurlar. Belə bir şəraitdə onun hakimiyyətə gəlməsiylə Azərbaycan-İran, Türkiyə-İran münasibətləri yeni müstəviyə keçəcək, Azərbaycan-Pakistan-Türkiyə üçlüyünə İran da əlavə olunacaq. Bununla da üst-üstə dörd yüz milyona yaxın birlik olacaq”.

C.Nuriyev deyib ki, Pezeşkianın prezident seçilməsindən sonra Cənubi azərbaycanlıların konstitusiyada nəzərdə tutulmuş hüquqları bərpa olunacaq, türk dili fars dili ilə bərabər statusa malik olacaq.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər