Ru
18:16 / 30 İyun 2025

PKK bu tarixdə silahlarını təhvil verəcək

PKK bu tarixdə silahlarını təhvil verəcək
Eye

PKK yaraqlıları iyulun əvvəlində İraq Kürdüstanında keçiriləcək xüsusi mərasimdə silahlarını yerə qoyacaqlar.

Bakupost.az xəbər verir ki, bu barədə "Al-Arabiya"ya məlumat yayıb.

Mənbə yazır ki, bu addım Türkiyə ilə barışıq prosesini sürətləndirmək üçün "etibar yaratma" və "xoşməramlı jest" məqsədi ilə atılacaq.

Qeyd olunur ki, mərasim İraq Kürdüstanının ikinci böyük şəhəri olan Süleymaniyyədə baş tutacaq.

Xatırladaq ki, fevralın 27-də Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına müraciət edib.

Öcalan tərəfdarlarını silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb.

O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar