Ru
17:13 / 19 May 2025

Polşa Rusiya məhsullarını müsadirə etdi

Polşa Rusiya məhsullarını müsadirə etdi
Eye

Polşa gömrüyü Belarus və Rusiyadan keçəcək mülki "Boeing" təyyarələri üçün nəzərdə tutulmuş 5 ton təkəri saxlayıb.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki,Polşanın Milli Gəlir İdarəsi bildirib ki, bu cür məhsullar Avropa Birliyinin sanksiyaları altındadır.

Qərb ölkələri 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra bu ölkə və onun müttəfiqi Belarusa qarşı geniş sanksiyalar tətbiq edib.

Hazırda Rusiyanın aviasiya sənayesi xaricdə istehsal olunan təyyarələrdən xeyli dərəcədə asılı olduğundan hava səfərləri tələbatını ödəməkdə çətinlik çəkir.

Amin Rızayev,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar